Hudební video

Hudební video

Kredity

PERFORMING ARTISTS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Performer
COMPOSITION & LYRICS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Songwriter
PRoMete
PRoMete
Arranger
PRODUCTION & ENGINEERING
Orkhan Zeynalli
Orkhan Zeynalli
Producer
PRoMete
PRoMete
Producer

Texty

Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Yaşamağa həvəs yoxdur, həyat əzbər bildiyim film
Sonda soruşsalar ki, necə yaşadın?
Bilmirəm nə deyim
Həyat testlə tərs, daha pis
Bir səhv, dörd düz aparır
Hər bir yalan insandan daha neçə üz aparır?
Kim gündüz darıxır, qaranlıq həsrətində
Üzündə nur yaranır sevgiyə nifrətində
Nə vaxtsa uçanda düşündüm ki, qanadım olarsan
Mən indi səmadayam
Amma yıxılıram
Bəlkə də saraydayam
Amma sıxılıram
Bu dünya hələ də nəsə demək istəyir
Amma anlamıram
Getmək çox çətindir camaata əks tərzdə
Amma yenə də heç bir ümidi kiməsə bağlamıram
Bitir ot daş üstündə, bu əzmin nümunəsi
Quruyub yaş gözündə, bu dərdin büruzəsi
Açılar bəşəri sirlər hamıya, şübhəm yox
Bəlkə də nəvaxtsa
Amma bu gün yox
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Həyatdan alınan yaraları sağaltmaqdır indi tək maraq
Qisas hissi ürəyi bürüyür sevgini aldadaraq
Kim bilir kimin içini
Dostunun dünyasını
Həyat gedir, günləri zaman odunda yandıraraq
Başımızı qaldıraraq istəyirik kömək göydən
Çünki uzaqdayıq özümüz öz ürəyimizdən
Bir qədəh iki əldə, ciddi səbəb durub öndə
Dərdləri unutmaqçün, gedirik özümüzdən
Bəlkə də yalan deyil dünya
Sadəcə hərənin öz həqiqəti
Kiminsə doğrusuyla kimsə razı deyil qəti
Şəkər və duz gətir
Bəlkə onunla dəyişdik həyatın ləzzətini
Kiminsə iç üzünü aç, artırıb şöhrətini
Ya da ki, al əlindən bütün var-dövlətini
Danışacaq susanlar da bir gün, şübhəm yox
(Şübhəm yox...)
Bəlkə də nə vaxtsa
Amma bu gün yox
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim
Written by: Orxan Zeynallı
instagramSharePathic_arrow_out

Loading...