album cover
Dalğa
7
Hip-Hop/Rap
Skladba Dalğa vyšla 13. března 2026 Yerli Records na albu SKINS
album cover
AlbumSKINS
Datum vydání13. března 2026
ŠtítekYerli Records
Melodičnost
Akustičnost
Valence
Tanečnost
Energie
BPM90

Hudební video

Hudební video

Texty

Sular çəkildikcə hava isinər.
Bu küçələrdə leysan bütün günahları təmizlər.
Ayırdı insanları dənizlər, mənim qəlbimin bir parçası başqa bir limanda qərq.
Bu soyuqda çərən qəlbim üzülər.
Mən habitatıma geri dönən şimal heyvanı kimiyəm.
Dərim qalındır, çünki vaxtında qoyub izlər.
Bu dünya kimləri alıb, bizə kimlərisə verər.
Hər şey takas, hər şey bir trade.
Sevginin qiymətini de, qiymətini bilək.
Bu gün bahalı restoran, sabah blok binalardan birində oyanacam səhəri kofemlə, siqaret.
Əlimə düşəndə pul, qiymətinə baxmıram.
2-3K azdır deyə sabahımı saymıram.
Unuduram keçmişimi, deyəsən alzheimer’am.
Köhnə postlarıma baxım, öz-özümə qayıdıram.
Şəhərim duman.
Küləyindəki bir qumam.
Əsdi, əsdi, gətirdi.
Əsdi, əsdi, gətirdi.
Sular çəkildikcə gəldim özümə
Və baxdım, ətrafımda qalan tək adam da özüməm.
Bu külək mənlə danışır binalar içindən
Və deşiklərdən çıxan səslər qulaqlarıma nəğmə.
Hissləri həssas yaradır təbiət.
O eqonuz yanlış şeylərdə verir sizə qətiyyət.
Hamı hamının ayağından tutmağa çalışır deyə otağıma qapandım və uzaqlaşdım bir müddət.
Bir müddət hamıdan uzaq yenə,
Kəşf elədim daxilimdə yeni limanlar yenə.
Boğuldum bir dənizdə, oyandım birində yenə.
Sanki göyüzündən qovdu, yıxıldım yerə yenə.
Səssizliyə qapıldım birdən yenə.
Eyni döngülərdə, eyni simalarda səhv yenə.
Düşüncələrim niyəsə bir-birinə tərs yenə.
Göyüzündən qovuldum mən eyni döngüyə yenə.
Şəhərim duman.
Küləyindəki bir qumam.
Əsdi, əsdi, gətirdi.
Əsdi, əsdi, gətirdi.
Written by: Murry, VVVSVAUPRA
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...