Songtexte

Səninlə Günəşin arasında dayanıb arzu tutdum Ki, Günəş batmasın heç vaxt İki saat sonra arzum puç oldu Sən demə, aldadıblar, belə asan deyilmiş İki eyni ad arasında dayanmaqla alınan deyil iş Günəş uzaq, sən yaxın, buludam mən, sən yağış Məndə yazmaq yaxşı alınır, susum, sən danış Bu aralar səssizsən İşləri qaydasına salaram, təki işimə sən qarış Yenə çəkirəm ətrini sinəmə Yenə mənə qalan olur mahnı, sənə qəm Qayıdaram yenidən, nəyim olmasa da, qəlbim var Axı bilməliydin ki, mənim mən olmaq kimi bir dərdim var Anladım ki, mahnılarım bəzən son çarəm "Məni Xatırla" "track" ilə tavana taxanda bir ip Aramızdan vaxtsız getdi - dediyimiz dostlar Bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı Yazmaq istəyirəm hərdən, qələm üzümə baxıb deyir: "Həvəs hanı?" Yazdıqlarımı unutmağımdırmı oların əbəs yanı? Dünyanın işi qəribədir, göyərçini xilas edirsən Sağalan kimi qanadın uzadıb deyir: "Qəfəs hanı?" 2016-cı il 15 may, yadıma hər qış-yay Gəlir son çıxış, son alqışlar Bəlkə də, dinləyiciyə bunu demədən Getməyim haqsızlıq idi Nə isə, çıx səhnəyə, gözləyir, tələs hamı Həsr etdim hər hissə söz, hər bir hərfə cümlə Tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər Dedilər, böyü artıq, uşaqlığın gələr ziyanı Xalqın gözü tərəzidir! Hansı xalq? Tərəzi hanı?! Çoxunda sevgi saxta, ilk fürsətdə ələ salır Bir gözdən sevgi, birindən qərəz yağır Çoxu istəmir xoşbəxtliyini Elə deyir - yaz "Hekayəm 2" Axı çox insan bu cür mahnılarla nəfəs alır Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı
Writer(s): Orkhan Zeynalli, Nejc Raspotnik Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out