Songtexte

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki Mənə öylə gəldi ki Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş Bu dünya boş idi Orada yox idik biz Ulduzlar parlayırdı Səmada səssiz-səssiz Nə yoxdu buludlar Nə tufan, boran, qar Nə yaşıl ağaclar vardı Nə də sonsuz yollar İnsanlarsız bir kainat düşün Ki sən də yoxsan orada, mən də Və yoxdur sevgidən atan ürəklər Bu cür çətin fikirlərin ortasında Gəlim köməyinə Unut bu dediklərimi Davam et sevməyinə Heçdən bir kainat quruldu, uçuşur İnsanlar yaşar unudub sıfırı Sənlər, mənlər - səbəbi var oluşun Biz bu kainatın özəyinə axırıq Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar Hər bir yaradılışda bir səbəb və bir xəta var Bu yaradılışın əsası isə mükəmməl xətalar Biri pozulsa, dağılar dünyası milyonların Ona görə sonu eyni yerə çıxır bizim bu yolların Gözünü dörd aç, gör, bax, hər yer bizdən izlər Dünya kəşflər dünyası, ona görə bizdən gizlər Ulduzları buludlar, xəzinələri meşələr Həqiqətləri səhralar, dərinlikləri dənizlər Heçdən bir kainat quruldu, uçuşur İnsanlar yaşar unudub sıfırı Sənlər, mənlər - səbəbi var oluşun Biz bu kainatın özəyinə axırıq Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar Görəsən, hansı daha dərindir Alimlər ya şairlər? Bu dünya soyuyacaq İkisi də bunu deyirlər Haradan başlayacaq soyuqluq Havadan, ya ürəkdən? Buz olacaq bütün buludlar Yoxsa ki, daş ürəklər? Yenəmi davam edəcək bizsiz bu kainat? Ulduzlar arası hənirtisiz səyahət Yayılaq səmalara bəlkə biz də toz kimi? Qucaqla, qorxuram mən bax əllərim buz kimi Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar Qoy çiçəklər açılsın içəridə Məni səndən, səni məndən kim alar? Sən gedərsən, iyin qalar dəridə Gecələr də sənə aid röyalar
Writer(s): Mantra Beats, Parviz Isagov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out