Μουσικό βίντεο

Out of Control
Δείτε το μουσικό βίντεο του {trackName} από {artistName}

Συντελεστές

PERFORMING ARTISTS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Performer
COMPOSITION & LYRICS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Songwriter
PRODUCTION & ENGINEERING
Orkhan Zeynalli
Orkhan Zeynalli
Producer

Στίχοι

Mənim bir şəhərim var Yaşıllıqları kimi yaxşılıqları süni Mərməri kimi insanları sürüşkəndir Mənim bir şəhərim var Küçədəki itlər burada səni Dar gündə qoyub getməz Necə bunu edir dostlar?! Mənim bir şəhərim var Baxışı qışdan soyuq Bəzəklərini bir günə Qabıqtək yağışlar soyur Yaxınlar səni ləkələyir Qohumlar yalan yaxır Qonşular qiybət edir Adını içdən danışmaq qoyub Mənim bir şəhərim var Sən öldükcə sənin ömrün uzanır Adını tarix edir sağkən üzünə baxmayanlar belə Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır İrəli gedir burada bircə addım atmayanlar belə Mənim bir şəhərim var ki Dənizində canlar gizli Varlılar yalan danışır çox vaxt Ən kasıblar düz deyir Və hər kəs susub batan gəmini həyəcanla izləyir Bu şəhər satıb ruhunu Azərbaycandan gizli Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan Biz yaxşı insanlarıq Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla Sevgilimiz atıb gedəndə dalca danışmaqla Biz yaxşı insanlarıq... bizləri yaxşı edən Unutqan olub, unutqanlığımızla barışmaqdır Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə Yanından hər keçəndə musiqini azaltdığımız üçün Biz yaxşı insanlarıq... bizi incitsələr belə Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün Biz yaxşı insanlarıq Valideynləri sevdiyimiz üçün Onları qocalanda çox vaxt atıb getsək belə Biz yaxşı insanlarıq Ədaləti sevdiyimiz üçün Bərpası lazım olanda susub yatsaq belə Doğulur hər gün yenə Dünən ölüb gedən ümidlərim Qayıdar ruhu bu şəhərin Yeni-yeni səhvlər olmasa Boğulur dalğalar içində Sevgilər yenə dərindədir Şirin yuxularında şəhərin Hamı olacaq yaxşı insan
Writer(s): Orkhan Zeynalli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out