Créditos
PERFORMING ARTISTS
Ədalət Şükürov
Performer
COMPOSITION & LYRICS
Ədalət Şükürov
Songwriter
İkram Əliyev
Songwriter
PRODUCTION & ENGINEERING
Ədalət Şükürov
Producer
Letras
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan
Kimləri, kimləri, unutdu dünya kimləri?
Küsüb getdi bu həyatdan
Nələri, nələri unutdu dünya nələri?
Yada düşmür heç bircə an
Nələr olub, nələr olub
Bu həyatda, bu həyatda?
Bu gün varsan, sabah yoxsan
Nələr çıxıb, nələr çıxıb
Yaddan hətta, yaddan hətta
Yadda qalmaq deyil asan
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı
Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim
Dayanmağa haqqın yoxdur
Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim?
Əzabın sevincdən çoxdur
Nələr gördün, nələr gördün
Bu həyatda, bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş, yavaş-yavaş
Çıxır yaddan, çıxır yaddan
Acı, şirin xatirələr
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı
Ürəyim, nələr, ay, çəkirsən, ürəyim
Kimləri, unutdu dünya kimləri?
Nələri, unutdu dünya nələri?
Küsüb getdi, ay balam, bu həyatdan
Aman, aman, ay aman ey
Nələr gördün, nələr gördün
Bu həyatda, bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş, avaş-yavaş
Çıxır yaddan, çıxır yaddan
Acı, şirin xatirələr
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan
Kimləri, kimləri, unutdu dünya kimləri?
Küsüb getdi, bu həyatdan
Nələri, nələri, unutdu dünya nələri?
Yada düşmür heç bircə an
Written by: İkram Əliyev, Ədalət Şükürov

