Letras

Günəş altında yox yeni heç nə Keçmək istədiyin sərhədləri Kimsə səndən öncə keçib İlk dəfə gördüyün dənizi Min illər öncəsi Ezop içib Köhnə içi hər şeyin Təzə ancaq üz qabığı, ev qabağı Qoca dərzinin iti baxışına sataşır Sapları yeni yamağın, yeni sabahın Ürəklərdə nə nurdu, nə qaranlıq Bizim ürəklər alatoranlıq Günəş altında yox yeni heç nə Yarı Tövrat, yarı Quranlıq Səhranı dolandı Qumlara uzandı Çoban aqil Öyündü: "Burda ilk yatan mənəm" Xəbərsiz, yatır qumun altında Babil Günəş altında yox yeni heçnə Gəlir gündüz bitir gecə Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər Günəş altında yox yeni heçnə Heçnədən gəlib dönürük heçə Əvvəlin sonu, səhranın qumu Damlayam dənizin yarıyam mən Günəş altında yox yeni heçnə Gəlir gündüz bitir gecə Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər Günəş altında yox yeni heçnə Heçnədən gəlib dönürük heçə Əvvəlin sonu, səhranın qumu Damlayam dənizin yarıyam mən Günəş altında yox yeni heçnə Oxunub bütün nəğmələr Bəstələnib şeirlər Bu dizini mən bilirəm əzbər Baxmayanlar, sizə xoş seyirlər Sizə xoş səyahətlər Çıxacaqsız dünyanı səyahətə Bir gün varacaqsız Mənim kimi sonuna Qərbin Deyib, ağacan, bu ki, beşiyi Şərqin İçi didərgin İçi susqun İçi viranə İçi gərgin Neçə məşum Neçə zavallı Üzü təbəssümlü Amma içi bədbin Necə kəsin xəncərə Çevriləcək filizin Əgər yonmasan öz içini, qəlibin Xəncərinin qəlibi qəlbin Atəşi talehin, çəkici dərdin Ölü balıq üzər axın ilə Ancaq diri balıq axın əksinə üzəcək Özgəni imdadı bilən Yüz qapı döyüb öz qəlbinə dönəcək Məninə varacaq, yetəcək Qum dənələri səhraları yapanda Doğanda qığılcımlar atəşi Balaca damla dəniz olduğun biləcək Günəş altında yox yeni heçnə Gəlir gündüz bitir gecə Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər Günəş altında yox yeni heçnə Heçnədən gəlib dönürük heçə Əvvəlin sonu, səhranın qumu Damlayam dənizin yarıyam mən Günəş altında yox yeni heçnə Gəlir gündüz bitir gecə Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər Günəş altında yox yeni heçnə Heçnədən gəlib dönürük heçə Əvvəlin sonu, səhranın qumu Damlayam dənizin yarıyam mən
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out