Letras

Zəncirbəndi tac gəlin Sözə ruhu ac gəlin Mən getmişdim, dediniz gəlim Düşüm o quyuya — isti və dərin "Yanıram! Yanıram!" qışqıracam Amma çəkməsin kəndiri geriyə əlin Şüşəli körpülər, tüstülü güzgülər Tilsimi qıracaq cadunu, düyünü Gətirirəm evə bayramı Nəsiminin dərisi mənim bayrağım Edamı düyünüm Meydanı bürüyür Büyümün qalacaq altında Qarnının üstündə ilanı sürünür Haçadı dili De nə üçün birinci yalanı İkinci yalana bürüyə Gözünə sarğını aslanın asaraq Çevirir qoyuna Bilməyənləri ki, söz silahdı Sizi iftar edəcək Babil toruna Çıxanı gorundan göz görsə də Yenə inkar edəcək Bu dəfə geriyə saydı yoxdu Siz dedikcə "yox" Mən israr edəcəm! Zəncirbəndi tac gəlin Sözə ruhu ac gəlin Haqqa nahaq yar olmaz Gözlərini aç gəlim Gözlərini aç, gəlim Məclisi-Ruha ac gəlin Yalanın qumdan saraylarını Xəzrim edər tarac Gəlin Bəri bax barı Barı bax bəri Pəncərələrinə daş gəlir Yandırdısa meydanı gəlişim Bil ki, məclisə aş gəlir Hamı içinə qapanıb Bağlayıb qapını hərə bir tərəfə səpələnib Bizə ərgən deyənlər Qocalıb xalalanıb, əmilənib Arzuları yarı qalıb — ona görə qoz belləri qarı Bəyənmir, deyir əvvəlki kimi deyil Hətta yağanda bəmbəyaz qarı Biz seçirik düzü Nə qədər batmır gəmimiz üzür Siz şit yağı, şəkəri səhnənin olun Biz olarıq acısı duzu Hey! Düz söz deyil quzu Hey! Həzm edə bilməyən qusur Hey! Amma əridər atəşi həqiqətin İçində qarı və buzu Sizə gəlmədik göstərək Necə iti dişimiz var Fame üçün deyil Bil 2007-dən Yarımçıq işimiz qalıb Yey! Biz dolduraq qaşığa, ye Olmayacaq halva aşura "nay" İntibah deyil "customer support" Oturub edəsən "complain" Come babe Sən də gəl bizə Ən böyük hater Sən də gəl bizə Sözümüz yox sizin Zənci bəndinizə Amma gəlin açaq bu Zəncirbəndimizi Nə qədər yandıraq kəndi kəndimizi? Cavad, Talış, Şirvan, Dərbəndimizi Yumruğa dönmürük, Xanlıqlar dövrü Deyin heç nə öyrətmədimi bizə? Hələ biz heç girmədik starta Səhifə birdəsiz iri kitabda Necə dəlidi yeni tərzi Dərzinin Sizlər üçün Singerin saplar Sevin ki, çönmüyüb beyin "Dobrıy"dı bugün Sensey Hamını "rest in peace" eləyə bilər Amma "rest in fame" Bizə lazım hamı! Toplarıq ölkənin ən parlaq gənclərin Pis vərdişlər və xarici təsirdən İçləri təmizlərik Bizə lazım hərkəs yaradıcı Kimin çiyni möhkəm aparıcı Kim bizi yüksəklərə aparacaq Düşmənləri qapar acı Bütün qapılar açıq baxın üzümə Onların gözləri işıq saçır, Başımın tacı Çatdıra bilmir sözlər Onlara olan bu sevginin içimdə dərəcəsin Bizim bu isti qızdıracaq Qaldıracaq bütün Bakının dərəcəsin Zəncirbəndi tac gəlin Sözə ruhu ac gəlin Haqqa nahaq yar olmaz Gözlərini aç gəlim
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out