Video musical
Video musical
Créditos
ARTISTAS INTÉRPRETES
NM Qrupu
Intérprete
COMPOSICIÓN Y LETRA
Məryəm Əlibəyli
Composición
Kifayət Salmanqızı
Autoría
PRODUCCIÓN E INGENIERÍA
Məryəm Əlibəyli
Producción
Letra
Həyata gəlmişik, sevək, sevilək
Sevinci yaşadaq, qəmi itirək
Sevgi əbədidir, bilinmir yaşı
Yağsın ömrümüzə sevgi yağışı
Ömür bir nəğmədir, dünya tamaşa
Dəyməsin sevgimiz, dəyməsin daşa
Göylərə əl açıb sevgi diləyək
Gülsün üzümüzə hər arzu-dilək
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Eşqin nəşəsindən dadaq doyunca
Ona könül verək illər boyunca
Ürəklər birləşsə, aləm nurlanar
Məhəbbətdən gözəl həyatda nə var?
Kiminsə ilk eşqi daşlara dəyər
Kiminsə sevgisi dillərdə gəzər
Hər kəsin sevgidə bir qisməti var
Leyliyə, Məcnuna bənzəyin, dostlar
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Sevin, ey insanlar, həyat gözəldir
Sevin, ey insanlar, sevgi əzəldir
Yolunda olsa da uzun ayrılıqlar
Məhəbbət hər zaman bizi yaşadar
Məhəbbət hər zaman bizi yaşadar
Məhəbbət hər zaman bizi yaşadar
Written by: Kifayət Salmanqızı, Məryəm Əlibəyli


