Letra

Qəfəsdən uçmaq hər quşun hədəfi Hələ bu Ayın görünən tərəfi Getdiyin yollar dönər mənə geri Örtər asiman yeri Bağlanar gecə, açılar səhər Həsrət uzanar quru sərhədlər qədər Quma qarışar qara kölgələr Qıvrılar ilan kimi Hava tutqun, dumanlıdır qəlbimin yarımadasında Sən məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Sən məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Qoydun, getdin Bizi yarım etdin Mən bir parça köz, sən bir parça kül Mən bir damla su, sən bir incə gül İki ləçəyin quruyar biri Dünya imtahan yeri Yadımdadır, biz soyuduq bir az Doğum günüm payız, ürəyimdə yaz Sən bu sökülən ömrün dan yeri Küskünün uman yeri Hava tutqun, dumanlıdır qəlbimin yarımadasında Sən məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Sən məni yarı yolda, yarı-yarı yolda məni yarım qoydun, getdin Qoydun, getdin Bizi yarım etdin
Writer(s): Miri Yusuf Mirbabayev, Fariz Zeynalov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out