Crédits
INTERPRÉTATION
Nanəli
Interprète
COMPOSITION ET PAROLES
Oqtay Rəcəbov
Composition
Famil Mehdi
Paroles/Composition
Paroles
Qaç deyərsən, qaçaram
Uç deyərsən, uçaram
Köç desən, bu dünyanın
O başına köçərəm
Ay gözümün qarası, ay qəlbimin parası
Ay dərdimin çarası, daha nə istəyirsən?
Ay gözümün qarası, ay qəlbimin parası
Ay zalımın balası, daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Yan deyərsən, yanaram
Don deyərsən, donaram
Qon deyərsən, şeh olub
Kirpiyinə qonaram
Ay gözümün qarası, ay qəlbimin parası
Ay dərdimin çarası, daha nə istəyirsən?
Ay gözümün qarası, ay qəlbimin parası
Ay zalımın balası, daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Axı nə istəyirsən?
Daha nə istəyirsən?
Gəl deyərsən, gələrəm
Gül deyərsən, gülərəm
Öl deyərsən, bir gündə
Yüz yol yox, min yol ölərəm
Ay gözümün qarası, ay qəlbimin parası
Ay dərdimin çarası, daha nə istəyirsən?
Ay gözümün qarası, ay qəlbimin parası
Ay dərdimin çarası, daha nə istəyirsən?
Daha nə istəyirsən?
Daha nə istəyirsən?
Axı nə istəyirsən?
Daha nə istəyirsən?
Axı nə istəyirsən?
Daha nə istəyirsən?
Axı nə istəyirsən?
Daha nə istəyirsən?
Written by: Famil Mehdi, Oqtay Rəcəbov

