गाने

O gözlərinə yazıram mahnılar Uzun saçların tökülür əllərimə Dayan, həsrətim, dayan, tələsmə Doyunca baxım, getmə, qal, getmə Dayan, mənə gecələrdən danış Gəl, soyuq əllərindən danış Danış ulduzların özündən İtib getsin yuxu gözümdən Mənə gecələrdən danış Gəl, soyuq əllərindən danış Danış ulduzların özündən İtib getsin yuxu gözümdən Otağım boş, qəlbim sənsiz Gəl, söz keçir hisslərimə Bir gecənin yarı, sənsiz Yazdım şeir gözlərinə Şəhəri izləyərək yazdım şeir gözlərinə Bu şeir sənin olsun, qoy toxunsun hisslərinə Gecəni yatmıram indi, yazıram, səhər açılır Bəlkə də çox öyrəşmişdim o vaxt dizlərinə Bəlkə də mənimsən indi, bəlkə də başqasının Bəlkə də məni düşünərək sevirdin başqasını Bəlkə də yaş asılır, kipriyindən süzülür Əllər alır qarşısını Sən orda rahat deyilsən, yenidən başlayaq, gəl Yenidən islanaq şəhərin küçələrində Sən orda bahar deyilsən, adından utan və gəl Yenidən islanaq şəhərin küçələrində Könlü almağı bilməyənə ömür əmanət olunmaz Fədadır canım, ömrüm, bu könül səndə, unutma Səni qaytarmağa yetməz, dənizləri də qurutsam Çay soyuqsa, tütün yanar, üşümərsən soyuqda Otağım boş, qəlbim sənsiz Gəl, söz keçir hisslərimə Bir gecənin yarı, sənsiz Yazdım şeir gözlərinə
Writer(s): Eli Elesgerov, Shahin Elizade Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out