गाने

Bir otağın içində o baş - bu baş Yeridim, gah qaçdım, gah dayandım Gah da yavaş – yavaş yeridim O qədər fırlandım ki, göyün başı hərləndi Elə ah çəkdim, yazıq buludlar zəhərləndi Nəhayət, göy ögüdü, gurultular qarışdı Buludlar qusdu, hamı elə bildi Hamı elə bildi yağışdı Taxta skamyalarda islandı kimsəsizlər Narahat yuxusundan oyandı kimsəsizlər Daha ağrılarıma başqa çarə yoxdur Sənsiz bu evin içi çölündən soyuqdur Amma kimə deyəsən, kim anlayar bu halı? Nə bilsinlər?... Min ildir qurumur əl dəsmalım İndi mənim dərdimə sən əlacsan (Tək əlacsan, bir dənəm) Birinci və sonuncu ehtiyacsan (Ehtiyacsan, bir dənəm) İndi mənim dərdimə sən əlacsan (Tək əlacsan, bir dənəm) Birinci və sonuncu ehtiyacsan (Ehtiyacsan, bir dənəm) Qəfil döyüldü qapım, şeirim qaldı yarımçıq Çöldə bir dəstə adam qışqırdı ki, "çölə çıx" İlahi, mən neyləyim, gizlənim, ya bağırım? Qonşuları çağırım, yoxsa polis çağırım? Salam, bağışlayın, mən bayaq bir cinayət işlədim fərqində olmayaraq Axı bu kimsəsizlər dadanıblar canıma! Nə olar, polis göndərin təcili ünvanıma! Bu evdən çıxmayalı çöldə dəyişib həyat Aman tanrım, polis də geyinərmi heç ağ xalat?! İndi mənim dərdimə sən əlacsan (Tək əlacsan, bir dənəm) Birinci və sonuncu ehtiyacsan (Ehtiyacsan, bir dənəm) İndi mənim dərdimə sən əlacsan (Tək əlacsan, bir dənəm) Birinci və sonuncu ehtiyacsan (Ehtiyacsan, bir dənəm) Ehtiyacımsan... Ehtiyacımsan... Ehtiyacımsan... Ehtiyacımsan...
Writer(s): Orxan Bahadırsoy, Tunzale Agayeva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out