म्यूज़िक वीडियो
इसी प्रकार के गाने
क्रेडिट्स
PERFORMING ARTISTS
Roof
Performer
COMPOSITION & LYRICS
Ceyhun Səmədov
Composer
Nəbi Xəzri
Songwriter
Khamsa Records
Arranger
गाने
Gəl bölək dünyanı ikilikdə biz
Dərə mənə düşsün, dağı sən götür
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün, ağı sən götür
İlin övladıyıq yazla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Biz ki bir yerdəyik, gözlə qaş kimi
Gözlər səndə qalsın, göz yaşı məndə
Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün, Ay mənə qalsın
Coşqun sellər ilə coşub çağlayaq
Dəniz sənin olsun, çay mənə qalsın
Bizik bu dünyaya səninlə şərik
Bizsiz nə qış gülər, nə də ki bahar
Həyatda hər şeyi bölə bilərik
Amma bölünməyən bir sevgimiz var
İlin övladıyıq yazla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Biz ki bir yerdəyik, gözlə qaş kimi
Gözlər səndə qalsın, göz yaşı məndə
Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün, Ay mənə qalsın
Coşqun sellər ilə coşub çağlayaq
Dəniz sənin olsun, çay mənə qalsın
Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün, Ay mənə qalsın
Coşaq sellər ilə, coşub çağlayaq
Dəniz sənin olsun, çay mənə qalsın
Lyrics powered by www.musixmatch.com