Lirik

Bu dünyada nağıl çoxdur Hamısı da belə başlar Biri vardır, biri yoxdur... Nağıllarda şəhər çoxdur İstəyirəm danışam mən Bir dənizin sahilində Nağıl olan şəhərimdən... Bu dünyada nağıl çoxdur Hamısı da belə başlar Biri vardır, biri yoxdur... Nağıllarda şəhər çoxdur İstəyirəm danışım mən Bir dənizin sahilində Nağıl olan şəhərimdən... Toxunanda hər daşına O qayğısız günlərimə Mən qayıtmaq istəyirəm... O əfsanə bağlarının Meynəli çəpərlərindən Yenə aşmaq istəyirəm Uşaq olmaq istəyirəm... Toxunanda hər daşına O qayğısız günlərimə Mən qayıtmaq istəyirəm... O əfsanə bağlarının Meynəli çəpərlərindən Yenə aşmaq istəyirəm Uşaq olmaq istəyirəm... Səadətim, doğma Bakım Odlar yurdum, sevgi dolu torpağımsan O sehirli gecələrdə Xəzərə layla çalan ay işığımsan... Səadətim, doğma Bakım Odlar yurdum, sevgi dolu torpağımsan O sehirli gecələrdə Xəzərə layla çalan ay işığımsan... Qoşa qala qapısı da Heç vaxt səndən ayrılmayan Gözlərindir elə bil ki... Saçlarıma sığal çəkən Neft ətirli küləklərin Hələ deyə bilmədiyim Sözlərimdir elə bil ki... Qoşa qala qapısı da Heç vaxt səndən ayrılmayan Gözlərindir elə bil ki... Saçlarıma sığal çəkən Neft ətirli küləklərin Hələ deyə bilmədiyim Sözlərimdir elə bil ki... Uşaqlığım, gəncliyimsən Qum üstündə şanılartək Xumarlanan dincliyimsən... Küçələrin qarışıqdır Dalanların dolaşıqdır Neçə ömrün yaddaşısan... Neçə qəlbin sirdaşısan... Uşaqlığım, gəncliyimsən Qum üstündə şanılartək Xumarlanan dincliyimsən... Küçələrin qarışıqdır Dalanların dolaşıqdır Neçə ömrün yaddaşısan... Neçə qəlbin sirdaşısan... Səadətim, doğma Bakım Odlar yurdum, sevgi dolu torpağımsan O sehirli gecələrdə Xəzərə layla çalan ay işığımsan... Səadətim, doğma Bakım Odlar yurdum, sevgi dolu torpağımsan O sehirli gecələrdə Xəzərə layla çalan ay işığımsan...
Writer(s): Aygün Səmədzadə, Kemale Abiyeva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out