Dengarkan 'Sən Gəlməz Oldun' dari Pranga.

Sən Gəlməz Oldun

Pranga

Hip-Hop/Rap

11.610 Shazams

Lirik

Amma onun şəmatəti Allaha xoş gəlmiyubən Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa Cismin əziz, xəyalın özündən də əziz İllər ötdükcə unudulur o gözəl üzün təmiz Sevmədilər gözünü, dedilər Bakıya bəsdir bir dəniz Bir az kədər, bir az qəm və bitdi bizim hekayəmiz Sanki sənə yazılır bütün nəğmələr İllər keçər, aylar ötər, geriyə qalan xatirən də köhnələr Gətirmədi nə payızlar, nə baharlar səni Gətirmədi nə gəmilər, nə qatarlar səni Mən hələ də gözlərəm o köhnə yerdə köhnə yağışlarla Hər gələn gəmini yola salaram eyni baxışlarla Bəlkə gəldin... Hələ də bəlkələrdir ümidim Sən gəlməz oldun... neynim mən? Uçuşur səmada xəyallar, bax Ayırır səni məndən uzaqlar Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca Dəyişən nədir məndən uzaqda? (xatirələri qucaqla) Göy gözü göydən də gözəl qadın Bu yerlərdə yoxluğun bir gün belə azalmadı Nə yandırdı vərəqini? Nə sındırdı qələmini? Nə mane oldu ki, bir məktub belə yazammadın? Baharlar da gəlmədi, sən gedəli yaz olmadı Yalan yox, səndən ötrü darıxdığım az olmadı Həzin rekviem, buludlar və qırmızı çətrin Sol yanımda qızılgüllər əkərdim ki, getməsin ətrin Siyah bəxti gözümdən də siyah qadın Canı sənə qurban demişəm, qiblən hayandadır? Mən heç vaxt bir anamın laylasına Bir də sənin güllər açan gülüşlərinə doyammadım Nə gözəl qocalmışıq biz Səadəti də bədənimiz kimi borc almışıq biz Kaş ki, yenə də evdə yalan deyib gələydin Məktəb illərindəki tək saçını yığıb, bəyaz geyib gələydin Kəsmə qızıl hörüklərini, onlara toxunma, n'olar Yaralı ruhum o yollarda yorulmuşdu Mənə tanışdı o yollar O yollarda bir səhər Palçıq Adam Yağış Qadın'a vurulmuşdu Mən yanaram fərağında şam-ü səhər səndən iraq Xoş günlər onsuz da keçir, ağrıları da zamana burax Deyirlər ki, qadınlar saçlarını kəsərək intihar edir Şairlərsə şeirlərini yandıraraq Özümlə qaldım, zülfün ətri dizimdə qaldı Gedəndə bütün o yaşanmışları özünlə aldın Sən bir parça şeirlərdə, biraz gözümdə qaldın Səni mənə verən Allah məni özümdən aldı Saçları şeir qadın, qəmz-ü zənəxdanına qurban Daha bu köhnə ev də qoxunla dolmur Gör nə gündəyəm ki, toxuna da bilmirəm sənə Axı xəyallara toxunmaq olmur...
Writer(s): Javid Amirkhanli Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out