Video Musik

Video Musik

Dari

PERFORMING ARTISTS
Gunel Meherremova
Gunel Meherremova
Performer
COMPOSITION & LYRICS
Gunel Meherremova
Gunel Meherremova
Songwriter
PRODUCTION & ENGINEERING
İsmayıl Əlizadə
Producer

Lirik

Nələr nələr yada düşdü,
İllər necə tez ötüşdü,
Bizim eşq dastanımız,
Ən gözəl xatirədir,
Sevgimiz dillərə düşdü...
İllər keçsə də, səni niyə sevdim demərəm,
Etdin məni bu eşqə peşman demərəm,
Ən gözəl nağıl idi yaşandı bitdi,
Yenidən dünyaya gəlsəm,
Yenə səni sevərəm...
Qəlbimdən silmədim səni,
Bir ömür boyu saxladım,
Sən mənim bu dünyada tək sevdiyim çiçək idin,
Əzizləyib qoxladım...
İllər keçsə də, səni niyə sevdim demərəm,
Etdin məni bu eşqə peşman demərəm,
Ən gözəl nağıl idi yaşandı bitdi,
Yenidən dünyaya gəlsəm,
Yenə səni sevərəm...
Nə gözəl illər o illər,
Nə tez keçdi fəsillər,
Bir payız gecəsində
Mən səni sevmişdim
Alıb apardı yellər...
İllər keçsə də, səni niyə sevdim demərəm,
Etdin məni bu eşqə peşman demərəm,
Ən gözəl nağıl idi yaşandı bitdi,
Yenidən dünyaya gəlsəm,
Yenə səni sevərəm...
Sən mənim ən sevdiyim insan,
Unutmaq olmur ki, asan,
Kaş yenə o günlərə qayıda bilsəm bir daha,
Ömürlük yanında qalsam...
İllər keçsə də, səni niyə sevdim demərəm,
Etdin məni bu eşqə peşman demərəm,
Ən gözəl nağıl idi yaşandı bitdi,
Yenidən dünyaya gəlsəm,
Yenə səni sevərəm...
Written by: Gunel Meherremova
instagramSharePathic_arrow_out

Loading...