Testi

Fikirlər – onlar heç vaxt gəlmir qəfildən Onlar şüuraltına çökmüş şəkillər Bəzən illər lazım olur bir ideyanı tamamlamaq üçün Amma hər gün oturub bir şey qaralamaq üçün Ətrafda səbəblər çox, həyat tələblər çox Yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox Kim deyir ki, yaşlı olur müdriklər? Yox! Tanıdığım cavanlar da var Uşaqlığımın qəhrəmanı - Anar Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı Xəbərləri bölüşmək üçün İndiysə facebook-da toplanırlar görüşmək üçün Az qalıb surroqata dönüşmək üçün İnsanlar çox dəyişib, bu pisdir, yoxsa yaxşı? Hərənin öz baxışı Fərqli baxışların səbəbkarı - həyat naxışı Kimdəsə cütdür maşın, kiminsə yox balışı Kimsə sevir yağışı Kiminsə birdir həyata gəlişiylə, alışı Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı Hərənin öz baxışı, hərənin öz naxışı Bir də vaxt var idi, yaxşı vaxtlar idi Yolumuz işıqlı, ətrafımız dostlar idi Enerji çox, sual çox, işimiz aşkar idi Elə fikirləri formalaşdıran insanlar idi Bizə dövrümüz deyildi qeyri-adi Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı Hərənin öz saatı, çatırdı imkanatı Kiçik bir dövlətin insanlarının böyük həyatı Böyükdür sualları, böyükdür duaları Kiçikdir böyük dövlətlərlə dostluq xəyalları Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər Əslində kiminsə yüz il əvvəl yazdığı sətri Deyirik bu gün fərqli Budur bizim dövr! Bilinmir hələ tarixdə necə edəcək izim dövr? Hmm, dostum Mete, ötür siqareti Bəlkə sadəcə bir fləşkartıq biz, xəbər ötürücü Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü Həyata maraq edən biri var idi - mənəm o Ətrafı xanımlar, dostlar idi - mənəm o Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda Bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda Dəyişir həyat, qəbulun dəyişir Qovluqlar yeni, fikirlər şablon dəyişir Gözəllər gözəlləşdikcə abrın dəyişir Üsullar köhnə üsuldur, sabun dəyişir Nə yaxşı var ritm, bu gün səninlə dedim Təbiətdən törəndik, yenə ruh təbiətin Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı Keçmişi unutmayıb, bu gününlə barışmalı Ya da fikirlərini paylaşıb, bir toplaşmalı Yeni bir məna üçün qırışmalı, savaşmalı Gözlərimiz yol çəkir, axır axın-axın fikir Başqadır fəlsəfəsi – insanlar birdir İnsanlar birdir və insanlar bilmir İnsanlar bildiyi həqiqətləri dinmir Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!? Bəlkə də bu ən böyük tilsimdir ki Kimsə edib bizi dilimizə təslim, bu bir tərslik Və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik Həyatımızı bürümüş sərt bir nəhslik Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!? Kimsəsizlik, tənhalıq Darıxmaq hissinin özü üçün darıxmaq Suallar burulğanında vurnuxmaq Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda Artıq əvvəlki tək sevinc vermir uşaqlar da Daha yumşaq, daha həzin musiqilər qulaqlarda Daha axmır göz yaşı da yanaqlardan İçəriyə yol tapıblar, ümidlərə yem olublar Ümidlərsə hələ də sağdır, yaşsa sayır əksimizə Güzgülərdə yadlaşırıq əksimizə Artıq varan da yox fərqimizə Nəzərlərdə yox oluruq Özümüzə dost oluruq Mümkünsüz hadisələr baş verirlər İtirilməz insanlar baş daşına çevrilirlər Ömür nədir? Fikirlərin qoynunda səfərlər? Fikirlər – onlar heç vaxt gəlmir qəfildən
Writer(s): Gustavo Santaolalla, Parviz Isaqov, Anar Cabiyev Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out