Crediti
PERFORMING ARTISTS
Kenan Zeynalov
Performer
COMPOSITION & LYRICS
Kenan Zeynalov
Songwriter
Testi
Əl-ələ tutanda sevinən
Söz verib kədərlənən biz idik
Saralmış, köhnə bir dəftərə
Yazılaq deyəmi sevdik?
Sevgi bir oyun deyil ki
Oynayaq qalsın uşaqlıqda
Sevgi nağıl da deyil ki
İnanaq və gedək yuxuya
Bəlkə də hər kəsin bir sevdası olacaq
Bəlkə də hər kəs sevgiyə nəğmə yazacaq
Yenə də bu həyat təkrarsız yaşanacaq
Bizim nəğməmiz oxunmayacaq
Bəlkə də səni də sevən biri olacaq
Bəlkə də həyat sənin üçün yaxşı qalacaq
Yaşanan o günlər təkrarsız var olacaq
Bizim nəğməmiz oxunmayacaq
Keçmiş heç vaxt qayıtmayacaq
Sanma ki, görmədim o gecə
Gedərkən gözlərindəki kədəri
Yağışın içində gizlənən
Gözyaşım gördü xatirələri
Sevgi bir oyun deyil ki
Oynayaq qalsın uşaqlıqda
Sevgi nağıl da deyil ki
İnanaq və gedək yuxuya
Bəlkə də hər kəsin bir sevdası olacaq
Bəlkə də hər kəs sevgiyə nəğmə yazacaq
Yenə də bu həyat təkrarsız yaşanacaq
Bizim nəğməmiz oxunmayacaq
Bəlkə də səni də sevən biri olacaq
Bəlkə də həyat sənin üçün yaxşı qalacaq
Yaşanan o günlər təkrarsız var olacaq
Bizim nəğməmiz oxunmayacaq
Keçmiş heç vaxt qayıtmayacaq
Bəlkə də səni də sevən biri olacaq
Bəlkə də həyat sənin üçün yaxşı qalacaq
Yaşanan o günlər təkrarsız var olacaq
Bizim nəğməmiz oxunmayacaq
Keçmiş heç vaxt qayıtmayacaq
Written by: Kenan Zeynalov

