Testi
Hər yeni gün başlayanda gülməsən mənə
Sevmərəm mən bu həyatı, olmasan bir an
Yenidən gəlsəm əgər mən bu həyata
Səni tapardım, səni sevərdim
Həyatım mənim
Səni sevirəm mən
Hər şeydən çox
Hər sözün, gülüşün xoş gəlir mənə
Sənə həsr edirəm
Bu mahnımı
İnan, səmimi hisslərimi dedim mən sənə
Baxanda dərin gözlərinə əsir ürəyim
Dilim tutulur, əlim titrəyir, de mənə neynim?
Bu sevgim mənim dənizdən çoşqun, dağlardan uca
İstərəm bu məhəbbətim sənə də çata
Səni sevirəm mən
Dünyalar qədər
Hər sözün, gülüşün xoş gəlir mənə
Sənə həsr edirəm
Bu mahnımı
İnan, səmimi hisslərimi dedim mən sənə
Səni sevirəm mən
Hər şeydən çox
Hər sözün, gülüşün xoş gəlir mənə
Sənə həsr edirəm
Bu mahnımı
İnan, səmimi hisslərimi dedim mən sənə
Söylədim sənə
Writer(s): Elvin əliyev, şamil Məmmədov
Lyrics powered by www.musixmatch.com