Testi

Günlər oldu, heç evimdən çıxmadım Zənglər çaldı, heç birini açmadım O sevdiyim film vardı, baxmadım Qəmliyəm, necə qəmliyəm bu gün! Daha sənin şəklinə də baxmadım Sildim atdım, yalnız birin saxladım Gözlərimi ovucumla bağladım Ağladım, necə ağladım! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Günəş doğdu, pərdələri bağladım Güllər soldu, heç birini atmadım Ən üstdəki tozlu rəfdə saxladım Ağladım, yenə ağladım bu gün Səssiz getdin, görüşünə çatmadım Qəhər boğdu, həmin gecə yatmadım Çox axtardım, heç özümü tapmadım Yoruldum, daha yoruldum! Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu yada düşənlər qala yanında? Soruşdunmu, necəsən bu gün? Necə keçir gün? Heç oldumu ürəyin dola, amma dil susa? Unutdunmu?, elə bir anda gələm ağlına Heç olmurmu mənə bənzəyən çıxa qarşına?
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out