Crediti

PERFORMING ARTISTS
İntiqam Rüstəmov
Performer
COMPOSITION & LYRICS
İntiqam Rüstəmov
Songwriter

Testi

Sən çaşmaz idin ey dost Canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Eşqin qapısın açdın bir nazlı gözəl seçdin
Oldun ona sən aşiq məcnunu ötüb keçdin
Əlbət gecənin yarı Cananla şərəb içdin
Canan səni aldatdı şeytan səni çaştdırdı
Sən çaşmaz idin ey dost Canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Atdın o gözəl yarı yad afətə aldandın
Seçtin elə sən yolki şan-şöhrətə aldandın
Əvvəl kasıb oğlandın var-dövlətə aldandın
İnsanlığa göz yumdun imkan səni çaşdırdı
Sən çaşmaz idin ey dost Canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Qeyzi eliyən məcnun öz sevdiyi Leyladı
Allah o həqiqətdi fərz eyləmə röyadır
Bu eşqi-məhəbbətdi bir dalğalı dəryadı
Düşdün sən o dəryaya tufan səni çaşdırdı
Sən çaşmaz idin ey dost Canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Dünya yaranan gündən yar aşiqə həmdəmdi
Aşiq yəni pərvanə Cananda ona şəmdi
Sevmək nədi bilmirsən o başqa cür aləmdi
Eşqin ovuna çıxdın ceyran səni çaşdırdı
Sən çaşmaz idin ey dost canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Təklik elə aləmdi yoxdur ona həmxanə
Həmxanə yoxundursa yıxacaq səni qəmxanə
İndi başa düşdün sən qaldın niyə tək danə
Dostlardan uzaqlaşdın düşman səni çaşdərdı
Sən çaşmaz idin ey dost canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Kim haqqa tərfdardı nə üçün başa düşmürsən
Allah o kəsə yardır nə üçün başa düşmürsən
Çaşmağına səbəb vardı nə üçün başa düşmürsən
Çünki xəyalın xamdı hər an səni çaşdırdı
Sən çaşmaz idin ey dost canan səni çaşdırdı
Düşdün elə dövranə dövran səni çaşdırdı
Written by: İntiqam Rüstəmov
instagramSharePathic_arrow_out

Loading...