Rəsul Əfəndiyevのトップソング
同様の曲
クレジット
PERFORMING ARTISTS
Rəsul Əfəndiyev
Performer
COMPOSITION & LYRICS
Orxan Mürvetli
Composer
Vüqar Abdulov
Songwriter
歌詞
Oğlum, bu həyatda səndən əziz yoxdur mənə
Oğlum, sən baxanda sanki Günəş baxdı mənə
Gülüşlərin üzündən heç vaxt əksik olmasın
Sevincdən ağlasan da, qəmdən gözün dolmasın
Sən mənim Günəşim, Ayım
Sən mənim bəxt ulduzum
Dəyərlisən bizim üçün
Hər şeydən, oğlum
Sabaha ümid verən, sevgi dolu nəğməsən
Daha böyüsən də sən, mənim üçün körpəsən
Göylərdən yerə enən sən əsl hədiyyəsən
Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
Oğlum, həyatın çətin anları var, biləsən
Oğlum, böyüyüb, çalışıb həyatı sevəsən
Yaxşı-yaman günündə hazır ol hər sınağa
Bu dünyanın hər üzü bənzəmir nurlu çırağa
Oxu, elmin yüksəlsin
Səsin ucalardan gəlsin
Baxıb sevinək, gülək
Səninlə bağlı hər sorağa
Sabaha ümid verən, sevgi dolu nəğməsən
Daha böyüsən də sən, mənim üçün körpəsən
Göylərdən yerə enən sən əsl hədiyyəsən
Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
Sabaha ümid verən, sevgi dolu nəğməsən
Daha böyüsən də sən, mənim üçün körpəsən
Göylərdən yerə enən sən əsl hədiyyəsən
Daha böyüsən də sən, mənim üçün körpəsən, oğlum
Daha böyüsən də sən, mənim ürəyimdəsən, oğlum
Writer(s): Orxan Mürvetli, Vüqar Abdulov
Lyrics powered by www.musixmatch.com