가사

Bizə olmaz, ver əlini sus Fərq eləmir nədir yolumuz Soyuq olsa, olaram buz Sən axı günəşsən, budur sonumuz Ötən aylara bax, illərə bax Heç nə danışma, dinlə və bax Mənim üçün sən, ən uca dağ Qucağın ətək, zirvə dodaq Səni tapdım bir küçədə Alıb itdın məni çərçivədən Sevgiyə uduzar mərci bədən Sevginin zəhəri təhlükəli civədən Səni tapdım, məni sevəsən Sevib unudasan ki, məntiqi sonuma çatım Ümid vermə, yox, o yaşım deyil Gəl, olan - qalan ümidi al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Səni tapdım, yanımda qal Ya da çıx get, yanımda olma İstəyirsən dərd ol, istəyirsən ağrı Amma nə olar yalandan olma Səni tapdım, məni incit Məni qoy get, yağışla bax Sonra geri dön, "bağışla" de Səni yox, sevirəm səni bağışlamağı Axı səni tapdım, necə itirim indi? Qalxan ocaq idim, fitilim endi Dəyişib, gülmək, sevmək rəngin Sən dəyişmisən, Orxan həmindir Səni tapdım, boş okeanda Məni də apar, gülüşün son gəmimdir Ağladın, Bakı yandı Göz yaşın məni dibə aparan su pərimdir Sənə çatdım, amma gec idi Bu üzüntü yox, tərcih idi Qəlizəm axı tez çözdün məni, sevgilim Dəniz suyu bilib üzdün məni, sevgilim Son qara ton Gecə çox monoton, öp günaha batım Həyəcan vermə, o yaşım deyil Gəl, olan - qalan canı al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz
Writer(s): Orkhan Zeynalli, Nejc Raspotnik Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out