Təyyar Bayramov의 상위 곡
크레딧
실연 아티스트
Təyyar Bayramov
실연자
작곡 및 작사
Təyyar Bayramov
작곡가
Fazilə Qaraxanqızı
송라이터
가사
Uca dağlar vətənim, can Azərbaycan!
Gülü hər rəngdə bitənim, sənə qurban can
Qəhrəmanlar beşiyisən, can Azərbaycan!
Həm ruhumsan, həm vətənim, sənə qurban can
Sən əbədi bir ocaqsan, can Azərbaycan!
Yaşadıqca yanacaqsan, sənə qurban can
Qocaman türk ellərinin bir diyarısan
Ulu Göytürklər soyunun sən vüqarısan
Qocaman türk ellərinin bir diyarısan
Ulu Göytürklər soyunun sən vüqarısan
Ordumuzun bu hünəri salnamədir, baxın bu izə
Zəfər yolu keçən əsgər xoş müjdələr gətirdi bizə
Mərd oğullar Qarabağda düşmənlərlə gəldi üz-üzə
Bu igidlik dastanlartək çevrilibdir mahnıya, sözə
Uca dağlar vətənim, can Azərbaycan!
Gülü hər rəngdə bitənim, sənə qurban can
Qəhrəmanlar beşiyisən, can Azərbaycan!
Həm ruhumsan, həm vətənim, sənə qurban can
Səni candan sevdi ürək, sənə bağlıyam
Yaranışım xalqa gərək, elin oğluyam
Döyüşməyə hər an hazır əsgərinəm mən
Mərd doğulmuşam anadan, dönmərəm səndən
Döyüşməyə hər an hazır əsgərinəm mən
Mərd doğulmuşam anadan, dönmərəm səndən
Ordumuzun bu hünəri salnamədir, baxın bu izə
Zəfər yolu keçən əsgər xoş müjdələr gətirdi bizə
Qarabağı, ay balam, almışıq biz
Zəfər yolu salmışıq biz
Azərbaycan bayrağını Şuşamızdan asmışıq biz
Ordumuzun bu hünəri salnamədir, baxın bu izə
Zəfər yolu keçən əsgər xoş müjdələr gətirdi bizə
Mərd oğullar Qarabağda düşmənlərlə gəldi üz-üzə
Bu igidlik dastanlartək çevrilibdir mahnıya, sözə
Uca dağlar vətənim, can Azərbaycan!
Gülü hər rəngdə bitənim, sənə qurban can
Qəhrəmanlar beşiyisən, can Azərbaycan!
Həm ruhumsan, həm vətənim, sənə qurban can
Uca dağlar vətənim, can Azərbaycan!
Odlar yurdum, məmləkətim, sənə qurban can
Writer(s): Fazilə Qaraxanqızı, Təyyar Bayramov
Lyrics powered by www.musixmatch.com