뮤직 비디오
유사한 곡
크레딧
실연 아티스트
Şövkət Ələkbərova
실연자
Xan Şuşinski
실연자
작곡 및 작사
Soltan Hacibeyov
작곡가
Məhərrəm Əlizadə
송라이터
가사
Keçən il gördüm səni
Heyran eylədin məni
Gözəl qız, al geyinib
Gəl, ol anam gəlini
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?
Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən sevməyirəm
Onu da bilməlisən
Bilməlisən, bilməlisən, hey
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Yenə könlümün quşu
Uçdu yar budağına
Səni görcək nəzərim
Düşdü ağ buxağına
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?
Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən nişanlıyam
Əlini üzməlisən
Üzməlisən, üzməlisən, hey
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Writer(s): Məhərrəm əlizadə, Soltan Hacibeyov
Lyrics powered by www.musixmatch.com