크레딧
실연 아티스트
Almaxanım
실연자
작곡 및 작사
Toğrul Salmanov
작곡가
Rashadat Farzaliyev
작곡가
Məhəmməd Kərimli
작사가 겸 작곡가
가사
Gecə xəyalıyla yatıb hər səhər
Görmək ümidiylə oyanmaqdı eşq
Həyata baxmaqdı nağıllar kimi
Min bir möcüzəyə inanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o düşünür adam
Havada ayrı tam, suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
O qədər yıxılıb,qaçan, tələsən
Yerində bərk dayan deyim biləsən
Hər şey məhv olacaq biraz büdrəsən
İncə ip üstündə dayanmaqdı eşq
Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq
Hər şeydə biraz o düşünür adam
Havada ayrı tam suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq
Written by: Məhəmməd Kərimli, Rashadat Farzaliyev, Toğrul Salmanov