가사

Gəl bölək dünyanı ikilikdə biz Dərə mənə düşsün, dağı sən götür Qalsın yer üzündə qoşa izimiz Qara mənə düşsün, ağı sən götür İlin övladıyıq yazla qış kimi Fəsillər yaşasın yanaşı məndə Biz ki bir yerdəyik, gözlə qaş kimi Gözlər səndə qalsın, göz yaşı məndə Gündüzü, gecəni əziz saxlayaq Günəş sənə düşsün, Ay mənə qalsın Coşqun sellər ilə coşub çağlayaq Dəniz sənin olsun, çay mənə qalsın Bizik bu dünyaya səninlə şərik Bizsiz nə qış gülər, nə də ki bahar Həyatda hər şeyi bölə bilərik Amma bölünməyən bir sevgimiz var İlin övladıyıq yazla qış kimi Fəsillər yaşasın yanaşı məndə Biz ki bir yerdəyik, gözlə qaş kimi Gözlər səndə qalsın, göz yaşı məndə Gündüzü, gecəni əziz saxlayaq Günəş sənə düşsün, Ay mənə qalsın Coşqun sellər ilə coşub çağlayaq Dəniz sənin olsun, çay mənə qalsın Gündüzü, gecəni əziz saxlayaq Günəş sənə düşsün, Ay mənə qalsın Coşaq sellər ilə, coşub çağlayaq Dəniz sənin olsun, çay mənə qalsın
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out