album cover
Mövhumat
album cover
Mövhumat은(는) {albumName} 앨범에 수록된 곡으로 2015년 11월 1일일에 Musics of Azerbaijan에서 발매되었습니다.Re-released
2015년 11월 1일
라벨Musics of Azerbaijan
BPM123
멜로디에 강한 음악
어쿠스틱 악기 중심
발랑스
춤추기 좋은 음악
에너지

가사

Hər şey mötərizə daxilindədir
Hər şeyə sərhəd çəkib hisslərim
Hər şey məhv olub, hər şey röyadır
(Hər şey) Hər şey qəlizləşib
Yoxdur bir ünvan, yazım göndərim
Danışım cavabsız dualarımdan
Yoxdur bir haray verən, nə səs salan
Bir qucaq dolusu suallarım var
Bir doğmam var, yüz yada bərabər
Bir dünyam var, nifrətim əhatə
Tikanlı məftillərlə qoruyuram sevgimi ki
Görə bilməsin hər afət
Kor oldu gözlərim nəhayət
Görə bilmirəm nə yaxşı, nə yamanı
Mənalı olan hər şey sadələşib
İndi isə cəfəngiyatdır qalanı
Yerə sərilmiş əllərimdə
Göydələnlər ucaldı şeiriyyat adından
Bu günün Məcnunu eşq axtarır
Amma qolu qandallıdır Leyli yatağında
Müasir düşüncə, qadın haqları
Ədalət var və gizli saxlanır
TV-lərdə həqiqətlər realdır
Və hər səhər-axşam eyni saatdadır
Dünya gözəldir, bütün silahlar
Sadəcə yaralayası standartdadır
Heç kəs heç kəslə düşmən deyil
Sevgilər xəyanətdən uzaqdadır
Dost yoldaşa mətbəx bıçağıyla
Xəsarət yetirmir, nə ər avrada
Heyif ki, bunlar sadəcə xəyal gücüdür
Hər şey yalan, hamısı saxtadır!
Bizə bir ovuc torpaq verdilər ki
Güllər əkin, təbiəti yaradın
Amma biz o torpaqda qanlar töküb
Ayaqlayıb, kirlə örtdük üstünü
Bizə bir damcı su verdilər ki
Həyat tapın onda, o cana dərmandır
Onun da paklığını oğurlayıb
Əlimizə hər keçəni atdıq üstünə
Artıq torpaqda gül bitmir
Artıq su belə içilməyəsi haldadır
Hər şey çirkab içindədir
Saf qala bilən qəlblərsə intihardadır
Dünya yaşanılmaz əraziyə dönüb
Qatillər axtarışda deyil artıq
Körpələr ölür, ailələr yetim qalır
İnsanlarsa vədlərə inanmır
Sadə mərhəmət lazımdır
Sadə qəddarlıqlara göz yumulmasın
Qoy millət küçələrdə qalsın
Amma ölümlərə səbəb silahlar olmasın
Bir azca sevgi hissi, bir az insaf
Bir az da insanlıq qurtarar bizi
Bəlkə də soyuqqanlı əsgərlər
Döyüşməz heç, hətta yaralamaz dizin
Hər şey öz əlimizdədir
Əllərimiz bağlıdır, gözümüz kordur
Qulaq kardır, danışacaq dil laldır
Buna insanın elə özü səbəbkardır ki
Bağlı qəfəsə öz ayaqlarıyla girib
Və məqsədi tək zinət-vardır
Geri dönəndə isə çox gec olur artıq
Ömür balansında vəsait qalmır
Written by: Mirmövsüm Əhmədov
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...