Credits
PERFORMING ARTISTS
Drek
Performer
COMPOSITION & LYRICS
Şamxal Novruzlu
Songwriter
Songteksten
Bizə artıq heç nə lazım deyil
Biz artıq heç nə istəmirik
Biz hələ də ölümə hazır deyilik
Bunu gizlətmirik
Ev, iş, vərdiş, çəkiliş, fərdi iş - təkrar, ey
Çək, iç, hər gic, şər dinc, fənd bic - tək qal, ey
Ey... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Mənə bir bax... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Yağışdan yağmura
Ağda xeyir yox, ağı burax
Söhbət varsa, qapıda durma
Keç otur, çıxart, araq vuraq
Bunu hamı bilir mikrorayonda
Sərxoş gecədir ayıldan
Yenə bütün məhəllə bayırda
Məqsəd eyni, amma ayrı dad
Bitmir vaxt
Öldürürük, amma bitmir, a
Dostları bir-bir itirdik
Tələsir zamanın ritmi, a
Bu gün qardır, sabah Gün çıxır
Yüngül siqaret tünd çıxır
Oyuna girəndə bu cib dolu idi
Amma oyundan çıxanda lüt çıxır
Yeni büdd çıxır hər gün
Biz isə "ghetto"da didərgin
Ümid yox, di gəl ki
Üzdə də yox ifadə gərgin
Burada bacar, qazan, sağ qal
Nə söz keçir, nə saqqal
Bura cəngəllikdir daşdan
Yıxıldınsa, dur və başdan başla
Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Mənə bir bax... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Ətrafım acdır, pul istəyir
Amma sistem özünə qul istəyir
Bilmirəm, sən nə istəyirsən
Amma Bakı comərd quldur istəyir
Bakı bul istəyir, Bakı xul istəyir
Bakı çeynəməyə məhsul istəyir
Bu qədər baş verənlərə
Bakı cavab verən məsul istəyir
Əldə dəmirdən qolbaq
Biz bu işdə hamımız ortaq
Boyunda xalta, dil üstdə balta
Amma qarışıb qana torpaq
Özünü cırma çox, sakit ol
Vaxt bitən deyil, hakim o
Lakin ta ki davam eləyir
Sən baxmalısan bu lal kinoya
Ey... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Mənə bir bax... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Durmur çarx... Daim hərəkətdə!
Bitmir vaxt... Daim hərəkətdə!
Writer(s): Shamkhal Novruzlu
Lyrics powered by www.musixmatch.com