Tekst Utworu

2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın "Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Çoxu bilmir "track"lərimin hansı sənə aiddir Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri
Writer(s): Orkhan Zeynalli, Vusal Hesenov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out