Tekst Utworu
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göy qurşağı kimi əlvan rənglər oynasın
Bu, qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik, alınmasın
Sənə görə üz-göz olmağım
Səbəbdirmi dünyayla?
Bu oyunda qalib qalmağın
Ondan mənə nə fayda?
Günlərdir, gücsüz olmağım
Ayıldım vaxtında
Sən sanki padşahla günah
Çox qalma taxtında
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göy qurşağı kimi əlvan rənglər oynasın
Bu, qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik, alınmasın
Hər halda eyni ünvanda
Xəyallar qovuşanda
Gözlərində hüzn var
Gözlərində kədər
Bir anlıq yalanlar
Saxlamır o anda
Dumanlanır beynim
Saxta təbəssümün qədər
Yaddaşında yırğalanır xatirə
Güzgüdə bax qatilə, bunu mənimsə
Öz əksinə nəzər elə, gülümsə
Hər fərqli rəsmində
Bir ümid verər, olmaz olar fasilə
Vur günahlarını, cəmləmə hasilə
Ürəyindəki nifrəti yaşatmaqçün qisas ilə
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göy qurşağı kimi əlvan rənglər oynasın
Bu, qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik, alınmasın
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göy qurşağı kimi əlvan rənglər oynasın
Bu, qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik, alınmasın
Writer(s): Ilkin Huseynov
Lyrics powered by www.musixmatch.com