Créditos
INTERPRETAÇÃO
Nefes
Interpretação
COMPOSIÇÃO E LETRA
Şəfa Hüseynova
Composição
Ramiz Rövşən
Composição
Letra
Bilirəm gələn deyilsən,
Gözləyirəm yenə səni.
Özgənin olsan da Tanri,
Çox görməsin mənə səni.
Yollarına sərilim kaş,
Divarına hörülüm kaş,
Yüz yol ölüm, dirilim kaş,
Sevim, dönə-dönə səni.
Küsmərəm gəldin, gəlmədin,
Sən getdin, mən ki ölmədim,
Heyif, gətirə bilmədim,
Sevgi adli dinə, səni.
Written by: Ramiz Rövşən, Şəfa Hüseynova

