Créditos
INTERPRETAÇÃO
Sara Qədimova
Interpretação
COMPOSIÇÃO E LETRA
Tamillə Məmmədzadə
Composição
Hüseyn Arif
Composição
Letra
Ətirli bağçaya, şehli çəmənə
Çiçəkli bulağa sən mənimlə get
Ətirli bağçaya, şehli çəmənə
Çiçəkli bulağa sən mənimlə get
Arabir dənizin dalıb seyrinə, dalıb seyrinə
Yaxına, uzağa sən mənimlə get
Yaxına, uzağa sən mənimlə get
Gəzək obaları, gəzək elləri
Hər uzaq səfərə sən mənimlə get
Dolanaq düzləri, geniş çölləri
Səfalı yerlərə sən mənimlə get
Səfalı yerlərə sən mənimlə get
Haranı bəyənib gəzəsi olsam
Oraya, ey sənəm, sən mənimlə get
Haranı bəyənib gəzəsi olsam
Oraya, ey sənəm, sən mənimlə get
Bir gün bu dünyadan köçəsi olsam, köçəsi olsam
Tək onda demərəm, sən mənimlə get
Tək onda demərəm, sən mənimlə get
Written by: Hüseyn Arif, Tamillə Məmmədzadə

