Letra

Sən olsaydın Nə bu yazılar olardı Nə qəmli süjetlərlə bol səhnələr Nə payızlar olardı Nə məni darıxdıran boş məhlələr Nə qızlar olardı Həyatımda səndən başqa Sən olsaydın Sevdiyim azadlıq Nə dəmir barmaqlıq Qollarımda qandal Yalvarırdım, sən qal Getmə, indi günah Açılmazdı sabah Həyatımda səndən başqa Sən olsaydın Hətta ölüm xoş gələrdi mənə Görüş yeri boş qalardı Yenə hədəfi unutsaydım Unudardım varlığımı Təki səni unutsaydım Heç bir kəsi unutmazdım Həyatımda səndən başqa Sən bir xəyal kimi gözümdən itdin Mənsə xəyalınla xəyala daldım Sən bir insan kimi gəldin və getdin Mənsə dünya kimi yerimdə qaldım Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Eyni lənəti hər gecə pıçıldayaraq əzbər Sən həyatımda təksən, duyğulartək məxmər Sarışın, əsmər, ünvanlar dolu dəftər Həyata vurulan cəftə, buraxılan səhvlər məni uçurdan həblər "Бархат" oyundur həyat Bir gün şah, bir gün mat 4 sutka koma, süni nəfəs, aparat Təyinatım psixopat, mənə müxtəlif preparat Sonra sən gəldin, sonra sən getdin Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim Yazardıq melodramalar, yanımda qalsaydın Yazardıq melodramalar, sən olsaydın Sən olsaydın Nə bu yazılar olardı Nə də ki hər gecə gördüyüm ulduzlar olardı Nə kabuslar olardı Həyatım olardı bumbuz Olmazdı kabus həyatımda səndən başqa Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out