Vídeo da música
Vídeo da música
Créditos
INTERPRETAÇÃO
Kəmalə Günəşli
Vocais
COMPOSIÇÃO E LETRA
Mehman Qobulu
Composição
İsmayıl Əlizadə
Composição
PRODUÇÃO E ENGENHARIA
Ali Bakhshizada
Produção
Letra
Gecə xəlvətdə qaranlıq
Ürəyim durdu bir anlıq
Yadıma düşdü cavanlıq
Onda röyada idim
Mən onda röyada idim
Saralıb nə solmamışdın
Nə gedib nə qalmamışdın
Hələ sən heç olmamışdın
Qoca dünyada idim
Mən onda röyada idim
Mən onun sevgisi oldum
Ən ağır itgisi oldum
Məcnunun Leylisi oldum
Dəli səhrada idim
Mən onda röyada idim
Qocalırsan helə bilmə
Ağlayırsan gülə bilmə
Məni sən gəl belə bilmə
Axı mən sadə idim
Mən onda röyada idim
Tikanam o gözlərdə mən
Gedirəm o izlərdə mən
Üzmədim dənizlərdə mən
Amma dəryada idim
Mən onda röyada idim
Dərdimin dərmanıdır O
Bir insanın canıdır O
Eşqimin sultanıdır O
Şaha şahzadə idim
Mən onda röyada idim
Written by: Mehman Qobulu, İsmayıl Əlizadə