Créditos
PERFORMING ARTISTS
Aygün Səmədzadə
Performer
Vüsal Hacıyev
Performer
COMPOSITION & LYRICS
Aygün Səmədzadə
Composer
Sevinc Çılğın
Songwriter
Letra
Nə deyim, bəlkə də, gec oldu
Bəlkə də, utandım gülərsən deyə
Kəsdi yollarımı qorxaq taleyim
Uduzdum bu vaxtsız dəli sevgiyə
Susmağa məcburdum
Nə yaş, nə zaman yerində deyildi
Nə deyim indi, qismətmi, deyilmi, bilmirəm
Amma gecikmiş etiraf deyirlər buna
Susmağa məcburdum
Nə yaş, nə zaman yerində deyildi
Nə deyim indi, qismətmi, deyilmi, bilmirəm
Amma gecikmiş etiraf deyirlər buna
Ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim?
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim?
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Gizlicə arxanca baxardım sənin
Yoluna çıxmağa cəsarət hanı?
İmzasız bir məktub gəlmişdi sənə
Susan lal kəlmələr, de, yadındamı?
Tezmi doğulmusan, gecmi rastladım?
Sənə nə deyim ki, yadında qalım?
Nə yazdım, nə dedim, nə dinə bildim
Sən də gözlərimdən duya bilmədin
Ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Tezmi doğulmusan, gecmi rastladım?
Sənə nə deyim ki, yadında qalım?
Nə yazdım, nə dedim, nə dinə bildim
Sən də gözlərimdən duya bilmədin
Ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Ey, ömrünə qonaqdır sevgim
Yolundan uzaqdır, neynim
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Daha susar gözümdə
Uyuyar ürəyimdə
Dinər mahnılarımda
Written by: Aygün Səmədzadə, Sevinc Çılğın

