Vídeo de música

Destacado em

Créditos

PERFORMING ARTISTS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Performer
COMPOSITION & LYRICS
Orkhan Zeynalli
Orkhan Zeynalli
Songwriter
Emin Memmedov
Emin Memmedov
Composer
Clavis
Clavis
Arranger
PRODUCTION & ENGINEERING
Orkhan Zeynalli
Orkhan Zeynalli
Producer
Clavis
Clavis
Producer

Letra

Salam oğul, çoxdandır görüşmürük Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd? Buranın havası yəqin biraz ağır sənə Bir iki gün də qal, sonra düzünü de şəhər yoxsa kənd? Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm? Bir qarış çörək, ən əsası halal zəhmətlə Hər bir qonşu, qohum adımı çəkir hörmətlə Sənin atan olmaq ayağıma uzun yorğan elə bil İnan çox qaldım şərəf, pul, seçim arasında Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi Yəqin mənəm günahkar ki, oğlum yetim anasından Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir Qiblə adlandırdığım qazancların yox bərəkəti Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri Sabahı düşün, oğul necə bir nəsil yetişər Bu günkü gəncliyin xəmirini pul yoğursa Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Salam ata, görməyəli heç dəyişmədin Çayım qoy soyusun, isti günlər xatirəsinə Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd Böyütdün razıyam, amma öyrətmədin məğzi ki Bu dünyada gözdən sala bilər hamını bir səhv Öyrətmədin əsas qanunu, əsas dərsi ki Bu həyatda ya sən, ya səni ya da hamını kimsə Halal zəhmət, pul niyə? Cənnətə getmək üçün Başqaları yığır altına, cənnətini tikmək üçün Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq Ədalət boş şeydi, yoxsa yanında sıfırlar Bu dörd divardan kənardakı hörmət gərəksizdi Əgər bu dörd divarın içində həyat yerlə yeksan Düzünü de çirkli pulla xəstə anamı xilas etmək? Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan? Bəlkə də demək asan, bilirəm sənə də çətindi Niyə isə yaxşı insan olmağı sənətə çevirdin Həyatın sahibi olmaq, içim alışıb onla indi Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi" Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm Sənin əlin əlimdədi, sənə hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi Amma burax əlimi, buradan tək gedirəm, ata Bağışla, mən böyüdüm
Writer(s): Emin Memmedov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out