Vídeo de música
Vídeo de música
Créditos
PERFORMING ARTISTS
Simral Qasımoğlu
Performer
COMPOSITION & LYRICS
Simral Qasımoğlu
Songwriter
Letra
[Verse 1]
Bu mahnımı
Dostum Fuadın
Zamansız dünyasını dəyişən
Oğlu Nurlana həsr edirəm.
Əzrayıl qapını döydü bir səhər
Səni aparmalıyam, bunu bilirsən
Böyük yar istəyir səni, bəxtəvər
Məndən nə küsürsən, nə inciyirsən?
Tutub əllərindən, apardı səni
Söküb bağrımızdan qopardı "QARDAŞ"
Əcəlin qatara çıxardı səni
O geri dönməyən qatardır "QARDAŞ"
Bu ömürün yollarında durmağı seçdin
Hər kəsin kəfən dediyi bayrağı seçdin
Bizi gözü yaşlı qoyub torpağı seçdin
Oldumu "QARDAŞ", gözümdə qan-yaş
Bizi gözü yaşlı qoyub torpağı seçdin
Oldumu "QARDAŞ", gözümdə qan-yaş
Anan boynunu bükdü, atan qocaldı
Hər kəsin qəlbini, sən yara etdin
El-oba yığışdı, "VAĞZALI" çaldı
Biz sənə toy etdik, sən hara getdin?
Biz qara geyindik "BƏY" stolunda
Sənsə ağ geyindin toyunda "NURLAN?!"
Biz hələ qaçırıq həyat yolunda
Sən qalib gəldin bu oyunda "NURLAN?!"
Fələk yarına son zəngi çalmamalıydı
Səni zamansız bizdən almamalıydı
Məhəbbətin bu cür yarım qalmamalıydı
Oldumu Qardaş, Gözümdə Qan-Yaş
Məhəbbətin bu cür yarım qalmamalıydı
Oldumu Qardaş, Gözümdə Qan-Yaş
Qardaşın rəsminə baxıb kövrəlir
Sıxıb göz yaşlarını saxlaya bilmir
Ağlama deyərək rəsmin dillənir
Hönkürüb ürəkdən ağlaya bilmir.
Bu gediş o həmən gediş deyilmi?
O gediş ki, geri qayıtmaq olmur!
Hər şeyi unutmaq olar bilirmi?
[Verse 2]
"QARDAŞ" kəliməsini unutmaq olmur
"QARDAŞ" kəliməsini unutmaq olmur!
[Verse 3]
Qardaşın de kimlərə bel bağlasın indi?
Şəkillərini, yadigarını saxlasın indi
Gizlin-gizlin, için-için ağlasın indi
Oldumu Qardaş, Mən Öləydim Kaş!
Gizlin-gizlin, için-için ağlasın indi
Oldumu Qardaş, Mən Öləydim Kaş!
Written by: Simral Qasımoğlu