Letra
Sən məni, əzizim, unuda bilsən
Gərək baxmayasan yağan yağışa
Açıb könlümüzü bir çətir kimi
O yağış altında gəzmişik qoşa
Əzizim, sən məni unuda bilsən
Gərək keçməyəsən o küçələrdən
Vüsal çəkiləcək son bahar kimi
İntizar dinəcək lal gecələrdə
Əzizim, sən məni unuda bilsən
Yaralı könlünü bir ovut, görüm
Məni unutmağı asan bilmisən
Unuda bilirsən, gəl, unut, görüm
Əzizim, sən məni unuda bilsən
Yaralı könlünü bir ovut, görüm
Məni unutmağı asan bilmisən
Unuda bilirsən, gəl, unut, görüm
Əzizim, sən məni unuda bilsən
Ulduzlu göylərdən gözünü çəksən
Yalqız gecələrdə pıçıldaşanda
Sən mənim səsimi eşidəcəksən
Əzizim, sən məni unuda bilsən
Bir də o gözlərə kim baxacaqdır?
Saçına əl vurma, aman günüdür
Mənim əllərimçün darıxacaqdır
Əzizim, sən məni unuda bilsən
Yaralı könlünü bir ovut, görüm
Məni unutmağı asan bilmisən
Unuda bilirsən, gəl, unut, görüm
Əzizim, sən məni unuda bilsən
Yaralı könlünü bir ovut, görüm
Məni unutmağı asan bilmisən
Unuda bilirsən, gəl, unut, görüm
Əzizim, sən məni unuda bilsən
Yaralı könlünü bir ovut, görüm
Məni unutmağı asan bilmisən
Unuda bilirsən, gəl, unut, görüm
Lyrics powered by www.musixmatch.com