Letra

Necə gözəl yağır yağış, yaş hər tərəf Bu gecə məni bağışlayardı kaş bir təhər Səhərəcən yağ, yu, apar bütün kirli qəlbləri Şəhərə yağ, sil apar bizi üzən kədərləri, qəmləri Yağ yağış islansın hər tərəf Yağ yağış yaşlansın səhifələr Tez tez gəl Mən əslində heç doymuram ki səndən O boyda göydə, bu boyda yerdə tək Tənhayam, sənsizəm, yağ hərdən Gecədir, tək gəzirəm Hava dolmuş, mən soyuqdan əsirəm Sormayın halımı, necəyəm, heç bilmirəm Təmizlə mənə toxunan mən saf bildiyim amma yalana bürünmüş o əlləri Yağ yağışım! İtirdiyim, silə bilmədiyim o illəri Yağ yağış islansın hər tərəf Yağ yağış yaşlansın səhifələr Tez tez gəl Mən əslində heç doymuram ki səndən O boyda göydə, bu boyda yerdə tək! Tənhayam, yalqızam, yağ hərdən Yağ yağış islansın hər tərəf Yağ yağış islansın hər tərəf
Writer(s): Elçin Cəfərov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out