Créditos

PERFORMING ARTISTS
İntiqam Rüstəmov
Performer
COMPOSITION & LYRICS
İntiqam Rüstəmov
Songwriter

Letra

Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Oldun ki müsəlman gələsən dinə imana
Kim haqq yoluna gəldisə düşməz o ziyana
Tövbə eliyib sən əli qoydunsa qurana
Ondan sonra alma o ələ badə nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Dərdə düşmüsən çarəsi düşməndə olubdu
Mənlik, kişilik sınmamısan səndə olubdu
Allah da sevən bəndə halal bəndə olubdu
Heç vaxt çalışıb olma haramzadə nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Hörmətlə yanaş arif olan insanı görsən
Amma uzaq ol mərdiməzar şeytanı görsən
İnsanlığı dərk eyləməyən nadanı görsən
Göstərmə ona çox özünü sadə nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Allahı sevən bəndəsən haqqdan köməyin var
Qəlbində sənin bir neçə arzun diləyin var
Gör bir nə qədər incə təmiz saf ürəyin var
Qoyma edələr səndən istifadə nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Heç vaxt eyləmək olmaz bil ürəklə
Ancaq ürəyindən keçəni dostuna söylə
Ömrün nə qədər var çalışıb yaxşılıq eylə
Pisliklə sonra düşməyəsən yada nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
İnsan kökü adəm ilə həvvadı bilirsən
Onsuzda bu dünya qoca dünyadı bilirsən
Meyxana təlatüm dolu dəryadı bilirsən
Şair çalışıb batma o dəryada nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Qoyma ləkə düşsün bu təmiz ada nə badə
Pislik eləmə bir kəsə dünyada nə badə
Written by: İntiqam Rüstəmov
instagramSharePathic_arrow_out

Loading...