Видео

Bu Gecə
Смотреть видео на песню «{artistName} — {trackName}»

В составе

Создатели

ИСПОЛНИТЕЛИ
RAST
RAST
Исполнитель
МУЗЫКА И СЛОВА
Rəşad Haşımov
Композитор
Ilqar Quliyev
Ilqar Quliyev
Автор песен

Слова

Qaranlıq ətraf, qaranlıqdır necə Qaranlıq səma da açıb üzün incə Qaranlıq uçuruma gedirəm mən bu dünyadan İnan ki, o zülmət içindən hələ yoxdur qayıdan Keçmiş həyatım durub göz qarşımda Mənim fikrim, hisslərim qatışıb başımda Sanki iblis aldadıb şirin sözüylə Göyə baxdım, baxışım fikrimdən ağır Göydən soyuq ulduz yağışı könlümə yağır Ömür yarğanı yolum üstdədir mənim daha Qəmər, gözlə məni sən yerdə tənha Gecə öz baxışıyla yerə qaranlıq saldı Cənnətdə bitən ümidimi birdən aldı Ümidsiz olan könlüm yarpaq kimi saraldı Bu gecənin içində axan sular dayanar Bu gecə içində əsrlər yatan oyanar Bu gecənin içində sönmüş ocaq odlanar Bu gecə Uzaqda yanan ümid işığı çağırır məni Qatıb qarışdırır onsuz da kövrək qəlbimi Ulduzların soyuq nəfəsi isə deyir – "Dayan" Bu gecə yuxusundan, eşidirsən, oyan Birdən mən ayılıb özüm özümə dedim – "Bəsdir" Hər gecə durub göyə baxırsan, nə həvəsdir? Nə olub axı sənə, dalırsan bu dünyadan? Vahimə gecəsindən, eşidirsən, oyan Gecə Ulduzlar arası dənizə baş vurub uzağa mən üzərəm Necə? Kimsə söyləməz, bu gecə əzabına necə dözərəm? Kimə söyləyim ürəyimdə olan dərdimi? Kimə açıb boşaldım mən öz coşqun qəlbimi? Heç özüm bilmirəm nədən məni bu dünyada Ümidim qalıb bu gecə içində fəryada Qaranlıq səma açıb üzünü incə Bu gecə Gəl, gəl Gəl, istəyim Gəl, gəl, məhəbbətim Gəl, gəl Gəl, həsrətim, gəl Gəl, gəl Gəl, istəyim Gəl, gəl, məhəbbətim Gəl, gəl Gəl, həsrətim, gəl Gəl, gəl Gəl, istəyim Gəl, gəl, məhəbbətim Gəl, gəl Gəl, həsrətim, gəl Gəl, gəl Gəl, istəyim Gəl, gəl, məhəbbətim Gəl, gəl Gəl, həsrətim, gəl Gəl, gəl
Writer(s): Ilqar Quliyev, Rəşad Haşımov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out