Слова

Ətrindən duyuram mən yaz yağışını Yalnızlıq və mən necə yaraşırıq Süzürəm şərablar daşır, dərdlə dolur badəm Sənsizlik susmur, elə danışırıq Qaçıram mən özümdən uzağa Bu eşq nə mürəkkəb, nə sadə Küsüb ayrılıqla, sonra yenə barışırıq Donub oluram önündə buz adam Bilmirəm necə edim İfadə Birləşib sevginin ölümünə çalışırıq Yerini de, qaça-qaça gəlim ora Ağıllanaq, ya bir yerdə dəli olaq Gəzdirim saçlarını barmaqlarımın ucunda Dəniz olaq xəyallarda, gəmi olaq Sona qədər bir yerdəyik əmin olaq Hamıdan uzaq və tək dünyanın bir ucunda Yerini de, qaça-qaça gəlim ora Ağıllanaq, ya bir yerdə dəli olaq Gəzdirim saçlarını barmaqlarımın ucunda Dəniz olaq xəyallarda, gəmi olaq Sona qədər bir yerdəyik əmin olaq Hamıdan uzaq və tək dünyanın bir ucunda Ətrindən duyuram mən yaz yağışını Yalnızlıq və mən necə yaraşırıq Süzürəm şərablar daşır, dərdlə dolur badəm Sənsizlik susmur, elə danışırıq Qaçıram mən özümdən uzağa Bu eşq nə mürəkkəb, nə sadə Küsüb ayrılıqla, sonra yenə barışırıq Donub oluram önündə buz adam Bilmirəm necə edim İfadə Birləşib sevginin ölümünə çalışırıq Yerini de, qaça-qaça gəlim ora Ağıllanaq, ya bir yerdə dəli olaq Gəzdirim saçlarını barmaqlarımın ucunda Dəniz olaq xəyallarda, gəmi olaq Sona qədər bir yerdəyik əmin olaq Hamıdan uzaq və tək dünyanın bir ucunda
Writer(s): Məhəmməd Isgəndərov, Sarkhan Beats Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out