Видео

В составе

Создатели

ИСПОЛНИТЕЛИ
Abbas Bağırov
Abbas Bağırov
Исполнитель
МУЗЫКА И СЛОВА
Imruzə Hüseynova
Автор песен
Eldar Məmmədov
Аранжировщик
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Abbas Bağırov
Abbas Bağırov
Продюсер

Слова

Heç nə istəmirəm səndən, ay dünya Hər səhər günəşi qaytar Xəzərə Məni ona, buna möhtac eyləmə İmkan ver, yaşayım mən bircə kərə Heç nə istəmirəm, qaytar baharı Ruhuma çiləyim bir ətir kimi Heç nə istəmirəm, başım üstündə Ulduzlu göyləri aç çətir kimi Heç nə istəmirəm səndən, ay dünya Könlümün nədir ki, arzu-diləyi? Mənə qanad versin mavi dalğalar Saçımı darasın Bakı küləyi Heç nə istəmirəm, çiçəklər kimi Könüllər açılsın, sevgi bitirsin Hər payız durnalar köçsün qürbətə Hər bahar ömrümə soraq gətirsin Mən olum, bu torpaq, bu mavi səma Belə səadəti hardan taparsan? Nur kimi bir yağış yağsın üstümə Bütün nisgilimi yuyub aparsın Bu dünya mənimlə qurtaran deyil Bütün sirlərimlə tanışam ona Mənə ömür kimi axan bulaq ver Hər səhər yuxumu danışım ona Bu dünya mənimlə qurtaran deyil Bütün sirlərimlə tanışam ona Mənə ömür kimi axan bulaq ver Hər səhər yuxumu danışım ona Heç nə istəmirəm səndən, ay dünya Könlümün nədir ki, arzu-diləyi? Mənə qanad versin mavi dalğalar Saçımı darasın Bakı küləyi
Writer(s): Imruzə Hüseynova Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out