Слова

Həyat qəribədir, mən lap qəribəyəm Həyat dərs, mən dərsdən qaçan tələbəyəm Sən müəllimsən, mənə öyrətdin yalanı Bu tilsim, bu hisslər saxladı zamanı Bakı oldu oyuncaq şəhər, biz uşaq Həyat karusel, əyləncə, tamaşa Sən mənə öyrətdin səbəbsiz gülməyi Mən sənə öyrətdim dəli kimi sevməyi Həyat qəribəydi, biz lap qəribəydik Həyat dərs, biz dərsdən qaçan tələbəydik Gündüzlərdən isti idi bizim gecələr Cümlələr bir sözlü, sözlərimiz hecalar Mahnılar daha doğma, ruhumuz daha təmiz Susurdu dodaqlar, danışırdı gözlərimiz İndiki hisslərimiz ərimiş şam kimi Tapdaladın məni, qucaqladım izlərini Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara? Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlamağa Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi Həyat qəribəydi, biz lap qəribəydik Biz uşağıydıq, sadəlövh körpəydik Həyat aldadır, biz necə inanırdıq Axı deyirdi: dostlar, əsl sevgi nağıldı Biz arzu sahilində qumdan saraylar tikirdik Bütün dünyanın acığına ürəkdən sevirdik! Təyyarələr ayırırdı, yollar ayırırdı Uçurumlar arasında ipək körpülər çəkirdik Biz inanırdıq və bu inam bizi aparırdı Güc verirdi ümidlər və sevgimiz dayanırdı Pul, valideynlər, sərhədlər, qadağalar Biz uçurduq göylərdə, onlar aşağıda qalırdı Yadına gəlir düzəltmişdik kağızdan gəmi? İçində yazıb, sevirəm, mən sevirəm səni Bıraxdıq dənizə ki, o üzsün əbədi Ama gələn ilk dalğa batırdı gəmini Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara? Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlamağa Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi Batanda kağız gəmilər... Sən də ağladın... Sevmirsən məni... Sən, sən sevmirsən məni.
Writer(s): Vüsal Həşimov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out