Lyrics

Bəlkə bir saatdır, bəlkə daha çox Yoxluğun yol cızır, mən də gedirəm Qoxun var, izin var, amma özün yox Çatmışam keçmişə və ləngiyirəm Ürəyim içimdə əzilən kimi Sinəmin qapısını döyür, açıram Yadıma sən seçən yar düşən kimi Səni də onunla qoyub qaçıram İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək, kim harada yaşaya bilər? Hərdən yadıma salanda səni, xatirələr məni bərk edir Hər şey qüsursuz olanda belə, insan yorulur, tərk edir Hərdən bu sevgi dərd olur bizə, doğma şəhərdə mühacirət Fürsət saydığın hər şey əksimizə, bəlkə də bundadır faciə Yad üzdə cizgini tapmağa nə var, ürəyim yüz yerə bölünsə Bu, bir ucsuz adada qalmaq kimiydi "İkimizi dondurur görürsən" desən Hələ də bu səhvi anlamırsan, bir düzü dörd səhv bağlamırsa Bil, bu oyunda qaydalar yoxdursa belə, sən düzgün oynamırsan İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək kim harda yaşaya bilər? İndi mən sən olum, sən də ki, mən ol Görək kim kimin ürəyin daşıya bilər? Qoy yer göy üzüylə yerin dəyişsin Görək kim harada yaşaya bilər?
Writer(s): Ilkin Huseynov, Ləman Məmmədova Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out