Lyrics

Nə qədər söz olsa, söz nə qədər düz olsa Az gələcək sətirlərim gözlərinə baxmaqdan Nə qədər düz olsa, düz nə qədər iz qoysa Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan Cızdım rəsmini, tanımamışdan ağlımda Sən bir şahzadə və ayağında çarıqlar var Girdin həyatıma və real oldun nağılımda Gözmuncuqlarında dərin çat və qırıqlar var Dərinə toxundum və əridim, yox oldum "Mən ruhmu, insanmı!?" anlamadan yoluma davam Əlinə toxundum, parlaqlıq çox oldu "Sən ruhmu, insanmı!?" anlamadan yoluma davam Sən güclü, ən güclü otlardan həblərdən Uça bilməz insan, yox, uça bilməz insan Xətrinə dəyəcək qədər kobud oluram mən hərdən Amma sən bu həyatımda tək keçə bilməzimsən Qanadlan! Səni mənə gətirəcək bu qanadlar Uzaqdan Ətrini küləyə ötür, dayanma! Səmadan Dənizdən Buluddan Günəşdən Güc ver, mənə güc ver, var oluşun belə bəsdir buna Hər yer mən dardır, əgər səbəb varsa yoxluğuna Yazdığım ilk sətir belə, son kimi görünə bilir mənə Çatmamış bitir mürəkkəb, sətirlərim sonluğuna Uzana-uzana gedir gecə, üzünü görüm edim necə? Mən buz kimi, sənsə isti, uzaqlaşıram əridikcə Nə ürək işləmir, nə beyin, küsür pərilər, uzaq qaçır Bayıra çıxıram axtarışda, boşdur küçə, boşdur küçə Toxunuşlar, barmaqlar... hər şey necə də mükəmməldir Dərin-dərin nəfəs dərim, dərin gözlərim və gözlərin Dodaqlar, incə belin, uzaqlıqlar içində mən İtirirəm yenə də səni, yenə də boşdur buz əllərim Gündəliklərdə vərəq qalmadı Bitirdim neçə qələmdə mürəkkəb Atmadım, saxladım, doğmadır, tək göründüm hər kəsə Təkəm sandılar Yanımdaydın heç darıxmadım Amma yenə də dön, yanımda cismin olsun! Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandır Dön, nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə Gecikirəm! Qanadlan! Səni mənə gətirəcək bu qanadlar Uzaqdan Ətrini küləyə ötür, dayanma! Səmadan Dənizdən Buluddan Günəşdən
Writer(s): Parviz Isaqov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out