Lyrics

Yadıma saldıqca şux baxışını Qəlbimə çəkmişəm xoş naxışını Adın həkk olubdur hər ilməsinə Məhəbbət dolubdur hər ilməsinə Yadıma saldıqca şux baxışını Qəlbimə çəkmişəm xoş naxışını Adın həkk olubdur hər ilməsinə Məhəbbət dolubdur hər ilməsinə Doluram gülüşünü xatırlayınca Donuram öpüşünü xatırlayınca Dönürəm gedişini xatırlayınca İstisi olmayan közə dönürəm Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq Əlvida söyləmək elə asanmı? Bu sözü gətirmək dilə elə asanmı? Üzünü çevirib getmə yanımdan Sənsiz ruh ruhumu edib yarımcan Əlvida söyləmək elə asanmı? Bu sözü gətirmək dilə elə asanmı? Üzünü çevirib getmə yanımdan Sənsizlik ruh ruhumu edib yarımcan Doluram gülüşünü xatırlayınca Donuram öpüşünü xatırlayınca Dönürəm gedişini xatırlayınca İstisi olmayan közə dönürəm Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq Gücsüzəm, gücümü qaytar yenidən Məni məndən alıb yarat yeni mən Düşünmə ürəyim təslim olacaq Hər an mənim sevgi fəslim olacaq
Writer(s): Orxan Dəmirbəyli, Xədicə Kərimi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out