Lyrics

Nəğmə kimi oxuyaram, Bakım Səni ömrüm boyu Bir gül kim oxşayaram, Bakım Səni ömrüm boyu Dağ üstünə qonan Bakım Mənim duman şəhərimsən Dəniz öpər ayağını Bakım, sultan şəhərimsən Gilavartək ilıq məhrəm Şanı kimi şirin Bakım Xəzri kimi dəliqanlı Xəzər kimi dərin Bakım Sən dənizdən doğan Günəş Sən dəryadan çıxan Aysan Məhəbbətdən yapılmısan Özün boyda xan saraysan Köhnəlməyən nağılımsan Köhnə tanış, köhnə şəhər Dinləyərəm sirdaş kimi Hər küçəni axşam, səhər Mehmanına qucaq açan Bakım, həyan şəhərimsən Sevənləri qovuşduran Bakım, liman şəhərimsən Səni sevən səndən doymaz Sən bu yurdun ürəyisən Sən gözəllər şəhərisən Şəhərlərin gözəlisən Hər gün mənə bir ay gələr Səndən ayrı olsam, Bakım Sənsən mənim könlümdəki Ən əbədi bayram, Bakım Safım mənim, pakım mənim Arzu qədər əzəl Bakım Taleyimin şəhərisən Bakı qədər gözəl Bakım Sən dənizdən doğan Günəş Sən dəryadan çıxan Aysan Məhəbbətdən yapılmısan Özün boyda xan saraysan Sən ümidlər şəhərisən Arzu qədər əzəl Bakım Taleyimin şəhərisən Bakı qədər gözəl Bakım Sən ümidlər şəhərisən Safım, pakım, Bakım mənim Təkim mənim, Bakım mənim Məhəbbətim, Bakım mənim Mehribanım, Bakım mənim Məhəbbətim Bakım mənim
Writer(s): Faiq Sücəddinov, Rafael Hüseynov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out